Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycanın gələcəyini müəyyən etdi – Sevil Mikayılova

    3 Oktyabr 2025 09:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycanın gələcəyini müəyyən etdi – Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, bu, yalnız bir seçki deyildi.

    "Bu, xalqın öz gələcəyini müəyyən etdiyi, dövlətçiliyini xilas etdiyi bir gün idi. Azərbaycanın müstəqilliyi real təhlükə altına düşdüyü, vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda xalq öz xilaskarına üz tutdu. Böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi, əslində, Azərbaycanın milli qurtuluş yoluna qədəm qoyması idi. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dövlətə və xalqa sədaqət andı içən Ulu Öndər Heydər Əliyev öz sözünə və vədinə sadiq qaldı. O, ölkəni böyük faciələrdən, xaosdan, dağılmaq təhlükəsindən xilas etdi. Sabitliyin bərpası, hüquqi dövlətin əsaslarının qoyulması, iqtisadi dirçəliş, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və ən əsası qlobal enerji layihələrinin reallaşdırılması Heydər Əliyevin Vətənə sədaqətinin, uzaqgörənliyinin və liderliyinin bariz nümunəsi oldu."

    S.Mikayılova əlavə edib ki, Ulu Öndər andiçmə mərasimində söylədiyi bu fikirlərlə tarixə möhür vurdu:

    "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm." Bu sözlər ömrünü Azərbaycanın güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə həsr edən dövlət adamının həyat kredosunu ifadə edirdi. Onun siyasi irsi bu gün də Azərbaycanın inkişafında əsas istiqamət kimi davam etdirilir."

    Deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri faciələrlə dolu oldu.

    "Vəzirov-Mütəllibov və daha sonra AXC-Müsavat iqtidarları milli maraqlara deyil, şəxsi ambisiyalara xidmət etdilər. Nəticədə Xocalı, Laçın, Şuşa kimi faciələr baş verdi, torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hüquqi və siyasi-iqtisadi suverenliyin möhkəmlənməsi sürət qazandı. İlk növbədə ictimai-siyasi sabitlik təmin olundu, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı. Dövlətçiliyin əsas dayaqları bərpa olundu, ordu quruculuğu sahəsində ciddi islahatlar həyata keçirildi. Azərbaycan, nəhayət, öz gələcəyinə sahib çıxmağa başladı. 1991-1993-cü illər arasında ölkə faktiki olaraq idarəolunmaz hala gəlmişdi. Anarxiya, xaos və qeyri-peşəkar idarəetmə dövlətin mövcudluğunu sual altına almışdı. Xalq çıxış yolunu yalnız Heydər Əliyevin liderliyində görürdü. AXC-Müsavat iqtidarı isə acizliyini etiraf edərək, son anda məhz onun xilaskarlıq missiyasına sığındı. Bu, tarixi bir zərurət idi – xalqın iradəsi və Azərbaycanın gələcəyi bu missiyanın reallaşmasından asılı idi."

    S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı yaxşı bilirdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir.

    "Məhz buna görə 1992-ci ildə "91-lər"in təşəbbüsü ilə Heydər Əliyevə ünvanlanan dəvət məktubu, sonrakı illərdə isə xalqın təkidli istəyi, onu yenidən siyasi arenaya qaytardı. 1993-cü ilin iyununda Bakıya gələn Ulu Öndər, qısa müddətdə ölkədə sabitliyi bərpa etdi və Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanın müasir tarixində Ümummilli Lider Heydər Əliyevin rolu təkcə dövlət başçısı kimi deyil, həm də xalqın qurtuluş və inkişaf yolunun banisi kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində ölkə xaos, anarxiya, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın və hakimiyyət təmsilçilərinin israrlı tələbi ilə siyasi arenaya qayıdan Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyini xilas etdi."

    S.Mikayılova qeyd edib ki, 1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı dövlətin suverenliyinə və təhlükəsizliyinə real təhdid yaranmışdı.

    "Məhz bu kritik anda Ulu Öndər tərəddüd etmədən həyatını təhlükə altına ataraq Gəncəyə getdi və qiyamın qarşısını aldı. Bu addım, onun təkcə siyasi lider yox, həm də xalqı üçün canını təhlükəyə atmağa hazır olan vətənpərvər olduğunun əyani sübutu idi. Heydər Əliyevin fenomenallığı onun sadəcə müdrik və güclü lider olmasında deyil, həm də siyasətə sistemli və elmi yanaşmasında idi. Beynəlxalq təcrübəni milli maraqlarla birləşdirə bilən bu siyasət ustası, qlobal güclər arasında balanslaşdırılmış siyasət aparmağı bacarırdı. Onun nitqlərindəki dərin məntiq, auditoriyaya təsir etmə bacarığı və hər bir çıxışının milli maraqlara söykənməsi onu "siyasət nəhəngi"nə çevirmişdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, silahlı dəstələr zərərsizləşdirildi, cinayətkarlığa və korrupsiyaya qarşı ciddi mübarizə aparıldı. Onun təşəbbüsü ilə qəbul edilən 1995-ci il Konstitusiyası Azərbaycanın demokratik dövlət quruculuğunun hüquqi əsasını təşkil etdi."

    S.Mikayılova vurğulayıb ki, Heydər Əliyevin mühüm ideoloji miraslarından biri də azərbaycançılıq məfkurəsidir.

    "Bu ideologiya ölkə daxilində milli birliyi möhkəmləndirməklə yanaşı, dünya azərbaycanlılarını da vahid ideya ətrafında birləşdirdi. Azərbaycançılıq, milli-mənəvi dəyərlər, dövlətçilik düşüncəsi və müasir dünyagörüşünün sintezindən ibarət idi və bu gün də Azərbaycanın daxili və xarici siyasətində ideoloji baza rolunu oynayır. Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən neft strategiyası, Azərbaycanın beynəlxalq iqtisadi sistemdə yerini müəyyənləşdirdi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkəyə milyardlarla dollar investisiya cəlb etdi, iqtisadiyyatın inkişafına güclü təkan verdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırdı. Onun müəyyən etdiyi liberal iqtisadi model, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına şərait yaratdı, iqtisadiyyatda sabitliyi təmin etdi. Bu model, eyni zamanda sosial yönümlü olmaqla əhalinin rifah halının yaxşılaşdırılmasına da yönəlmişdi."

    #Azərbaycan #Milli Məclis #Sevil Mikayılova #Ümummilli Lider Heydər Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50
    XƏBƏR LENTİ

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.