#psixologiya

Özdəyər, insanın özünü necə dəyərləndirdiyi, özünə qarşı duyduğu daxili güvən və hörmət duyğusudur. Bu, insanın öz bacarıqlarına, uğurlarına, şəxsi xüsusiyyətlərinə və həyatda öz yerini necə gördüyünə əsaslanır. Özdəyər, insanın özünü nə qədər sevdiyi, qəbul etdiyi və müsbət gördüyü ilə bağlıdır.

Özünəinam insanın öz qabiliyyətlərinə və qərarlarına inanmasıdır. İnsan özünə güvəndikdə daha cəsarətli addımlar atır, çətinliklərin öhdəsindən gəlmək qabiliyyətini artırır, ictimai münasibətlərdə daha fəal olur.