#Ukrayna

Avropa İttifaqı Macarıstanın vetonu geri götürməsindən sonra Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketini yekdilliklə təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “doğru siqnal” kimi qiymətləndirərək bildirib ki, Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi münaqişənin həlli üçün vacibdir. Maliyyə paketinə əsasən, 2026-cı ildə 45 milyard avronun mərhələli şəkildə ayrılması nəzərdə tutulur. Bu məbləğin 16,7 milyard avrosu maliyyə, 28,3 milyard avrosu isə hərbi dəstək üçün istifadə olunacaq. Qalan hissənin isə 2027-ci ildə verilməsi planlaşdırılır.

Ukrayna Prezidenti beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi fonunda Vaşinqtona mühüm mesaj verib. Zelenski vurğulayıb ki, münaqişənin həlli təxirə salınmamalıdır və beynəlxalq dəstək davam etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Ukraynaya nəzərdə tutulan bəzi silah tədarüklərinin gecikməsinə səbəb olub.

Volodimir Zelenski Aİ-nin daha güclü olması üçün yeni üzvlərin qəbulunu təklif edərkən Türkiyənin ittifaq üçün strateji əhəmiyyət daşıdığını ön plana çıxarıb. Zelenski çıxışında əlavə edib ki, Türkiyə ilə yanaşı Ukrayna, Norveç və Böyük Britaniya kimi dövlətlərin də ittifaqda təmsil olunması Aİ-ni daha təsirli geosiyasi gücə çevirə bilər.

Ukrayna Macarıstan tərəfindən müsadirə edilmiş iri məbləğdə vəsaitlərin geri qaytarılmasını tələb edir. Prezident bildirib ki, sözügedən vəsaitlər Ukraynanın dövlət bankı olan Oşadbanka məxsusdur və onların geri qaytarılması Kiyev üçün prioritet məsələdir. Zelenski, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanı sərt tənqid edərək vəsaitlərin qanunsuz şəkildə saxlanıldığını iddia edib.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem Albudaiwi bazar ertəsi günü Riyadda Ukraynanın Səudiyyə Ərəbistanındakı səfiri Anatoli Petrenko ilə görüşüb. Görüş zamanı tərəflər arasında 2025-2030-cu illəri əhatə edən Birgə Fəaliyyət Planı əsasında KƏŞ və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələri və bu əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.

Avropa İttifaqı ABŞ-İran müharibəsi fonunda Ukrayna ilə bağlı strategiyasını yenidən qiymətləndirir. Qeyd olunur ki, Avropa ölkələri Ukraynada korrupsiyaya qarşı mübarizə institutlarının əsas dəstəkçilərindən biri olaraq qalır və bu istiqamətdəki siyasət dəyişiklikləri daxili siyasi balanslara da təsir göstərə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə Yaxın Şərq turnesi çərçivəsində İsrail tərəfindən səfər dəvətinin verilmədiyi iddia olunur. Məlumatda qeyd edilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl Zelenski ilə telefon danışığı aparmaq istəsə də, bu əlaqə baş tutmayıb.