Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurası Parlament Assambleyasının Baş katibi Alen Berset iyunun 26-da Strasburqda Ukraynaya qarşı “təcavüz cinayəti” üzrə beynəlxalq xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar.
#Avropa Şurası
23–24 iyun 2025-ci il tarixlərində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III” (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə təlim baş tutub.
Avropa İttifaqı (Aİ) və Kanada, NATO daxilindəki qeyri-müəyyənliklər və ABŞ-ın uzunmüddətli siyasəti ətrafında artan qeyri-sabitlik fonunda daha sıx əməkdaşlıq qurmaq məqsədilə təhlükəsizlik və müdafiə üzrə yeni tərəfdaşlıq razılaşması imzalayıb və rəqəmsal ticarət haqqında danışıqlara start verib.
Avstraliyanın Baş naziri Entoni Albanese Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sahəsində danışıqlara başlamağa razılaşdığını açıqlayıb.