Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın yeni rəhbəri Xəlil əl-Həyyə ilə görüş keçirib. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, Fidan görüş zamanı Xəlil əl-Həyyəni yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.