Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün II təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın CSKA (Sofiya) komandası ilə üz-üzə gələcək. Oyunu Belçikadan olan baş hakim Bram van Drişe idarə edəcək. Ona Mişel Seldreyers və İv de Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin van Damm, VAR hakimi vəzifəsini isə Bert Put, AVAR hakimi vəzifəsini Uesli de Kremer yerinə yetirəcək.