Türkiyədə 2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında aktivlik artıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, ay ərzində ölkə üzrə 129 min 979 mənzil satışı həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir. Məlumata əsasən, iyunda satılan mənzillərin 43 min 406-sı yeni tikililər, 86 min 573-ü isə ikinci əl mənzillər olub. Yeni mənzil satışları illik müqayisədə 23,1 faiz, ikinci əl mənzil satışları isə 12,5 faiz artıb. Ümumi satışlarda yeni mənzillərin payı 33,4 faiz, ikinci əl mənzillərin payı isə 66,6 faiz təşkil edib.