Tehranda Bağ-e Ziba şəhərciyində yerli və beynəlxalq mətbuat nümayəndələri ilə görüşən Salihi, İran prezidenti Məsud Pezeşkianın “qonşularla bir ailəyik” ifadəsinə istinad edərək, Türkiyə ilə münasibətlərin bütün sahələrdə yaxşı olduğunu və illərdir davam etdiyini vurğulayıb. Salihi, mərhum prezident İbrahim Rəisinin ölümü və İrandakı son hadisələr səbəbindən 2025-ci il Türkiyə-İran Mədəniyyət İli proqramlarının tam icra olunmadığını, lakin təxirə salınan tədbirlərin kompensasiya ediləcəyinə ümid etdiyini qeyd edib. O, “Türkiyə ilə proqramlarımız geniş və dərindir. Kitab sərgiləri və təqaüd proqramlarında türk dostlarımızla yaxşı əməkdaşlıq etmişik,” deyərək, media və mədəniyyət sahəsində daimi qarşılıqlı əlaqələrin olduğunu bildirib.
#Mədəniyyət Nazirliyi
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
AzerVoice xəbər verir ki, Peruda 3800 illik qədim Peniko şəhəri aşkar edilib. Sahilləri, And dağlarını və Amazonları birləşdirən bu mədəniyyət və ticarət mərkəzi məbədləri və iqamətgahları ilə tarixə işıq salır.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Şuşada Xan qızı Natəvanın evinin qarşısında “Sözün hökmdarı” adlı teatr tamaşası nümayiş olunub.
İyulun 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb.