Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Şuşada Vaqif Poeziya Günləri keçirilib

    22 İyul 2025 21:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şuşada Vaqif Poeziya Günləri keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İyulun 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.

    AzerVoice xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə keçirilməsi mühüm hadisədir. Tədbirin ardıcıl və davamlı şəkildə təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir.

    "Şuşa sözün əsl mənasında Azərbaycanın mədəniyyət paytaxtıdır. Böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı insanlarımızın doğulub boya-başa çatdığı müqəddəs bir yurd yeridir. Biz bu mənəvi məkanda — Vaqifin məqbərəsinin önündə poeziyanın və ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün həm qürurverici, həm də sevindirici bir hadisədir", - deyə o, diqqətə çatdırıb.

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında türk dünyasının ortaq dəyərlərindən olan poeziyanın insanları zaman və məkan tanımadan birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, Türk dünyasının ortaq mədəni dəyərlərinin bu cür tədbirlər vasitəsilə yaşadılması və dünyaya tanıdılması təqdirəlayiq təşəbbüsdür.

    Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Molla Pənah Vaqifin zəngin və çoxşaxəli yaradıcılığına toxunaraq qeyd edib: “Biz bu gün təkcə bir poeziya günündə deyil, eyni zamanda Vaqifin keçdiyi mənəvi, ədəbi yolun son dayanacağı olan Şuşadayıq. Bu torpaq onun ruhunu yaşadır, bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində, Azərbaycan ədəbiyyatının özüdür. Şuşa doğrudan da sözün, musiqinin, sənətin sehri ilə yoğrulmuş mədəniyyət ocağıdır. Burada hər addımda tarix, poeziya və ruh var”.

    Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin iştirakı ilə Molla Pənah Vaqifə həsr olunmuş “Səda içində söz” kompozisiyası və “İgidlərin sözü” layihəsi təqdim olunub.

    Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.

    Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hotelində və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

    Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.

    2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.

    Şuşada Vaqif Poeziya Günləri keçirilib
    Şuşada Vaqif Poeziya Günləri keçirilib
    #Mədəniyyət Nazirliyi #Şuşa #Heydər Əliyev Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

    26 Avqust 2026 20:02

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

    26 Avqust 2026 18:28

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    29 İyul 2026 21:51

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    27 İyul 2026 22:53

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    27 İyul 2026 21:55

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    18 İyul 2026 12:53

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51
    XƏBƏR LENTİ

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.