İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.
#Mədəniyyət Nazirliyi
29 sentyabr – 1 oktyabr tarixlərində İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT 2025) keçirilir. Tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sentyabrın 29-da konfransın rəsmi açılış mərasimi olub. Çıxışlarda üç gün davam edəcək konfransın əhəmiyyəti vurğulanıb, məqsədləri diqqətə çatdırılıb. Həmçinin yeni çağırışlar fonunda qarşıda duran vəzifələr, atılmalı olan addımlardan bəhs edilib. Sonra maraqlı konsert proqramı təqdim olunub.
Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.Nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb.
Heydər Əliyev Fondu və Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İSESCO-nun dəstəyi ilə keçirilən "Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində Bakının qədim hissəsi – İçərişəhərdə maraqlı performanslar təqdim olunub.
Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkənin mədəni əməkdaşlığı da ildən-ilə genişlənməkdədir. Sentyabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma yurdu Şamaxıda davam edir. Ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.
25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.
Məlumata görə, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Əbdülrza Raşid Bakıda Azərbaycanın mədəniyyət nazirinin müavini Fəric Cəfərov arasında görüş keçirilib.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub. AzerVoice xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.