Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarları ilə regional məsələləri müzakirə edib. Danışıqlarda Səudiyyə Ərəbistanını şahzadə Feysəl bin Fərhan Al Səud təmsil edib. Misir tərəfdən müzakirələrdə xarici işlər naziri Bədr Əbdülati iştirak edib. Tərəflər Suriyadakı son hadisələr barədə fikir mübadiləsi aparıblar. Qəzza üzrə sülh planının gedişi də müzakirə olunub. Nazirlər Hörmüz boğazındakı mövcud vəziyyəti nəzərdən keçiriblər. Fidan üç ölkənin bölgədə sülh və rifahın təmin edilməsində maraqlı olduğunu bildirib. O, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin əməkdaşlıq və əlaqələndirməni gücləndirməyə davam edəcəyini vurğulayıb.
#Bədr Əbdülati
Misirin xarici işlər naziri Bədr Əbdülati strateji dəniz yollarında sərbəst hərəkətə qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirib. O, heç bir ölkənin Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyə mane olmamalı olduğunu vurğulayıb. Nazir Qırmızı dənizdə də sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini qeyd edib. Əbdülati dəniz yollarına qarşı təhdidləri regional və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə adlandırıb. Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq təchizat zəncirlərinə mənfi təsir göstərir. Strateji su yollarındakı maneələr dünya ticarətinə də ciddi təsir edə bilər. Misir bütün boğazlarda sərbəst gəmiçiliyin beynəlxalq qaydalara uyğun qorunmasını istəyir. Qahirə dəniz təhlükəsizliyinin təmin edilməsini regional sabitlik üçün mühüm hesab edir.
Misir yaxın günlərdə Avropa İttifaqının 5 milyard avroluq makromaliyyə yardım paketi çərçivəsində növbəti 1,5 milyard avroluq vəsaiti əldə etməyi gözləyir. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa ilə ölkənin yeni inzibati paytaxtında keçirdiyi birgə mətbuat konfransında məlumat verib.