Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda potensial olaraq Gabar yatağından bir neçə dəfə böyük olduğu bildirilən şist neftinin hasilatı üçün qazma işlərinə başlanılıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ şirkəti ilə birlikdə bölgədə şist neftinin çıxarılması üzrə işlərin başladığını açıqlayıb. Məlumata görə, Bismil və Silvan ərazilərində 7 min kvadrat kilometrlik bloklarda aparılan araşdırmalar təxminən 6,1 milyard barel neft ehtiyatı potensialını göstərir. Ehtiyatların cari bazar dəyərinin 540 milyard dollar civarında olduğu bildirilir.
#6
Filippinin cənub sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib, ilkin məlumatlara görə ölən və xəsarət alanlar barədə məlumat yoxdur. USGS-in məlumatına əsasən, zəlzələ çərşənbə günü yerli vaxtla saat 12:14-də (04:14 GMT) Sarangani adasından təxminən 32 kilometr cənub-qərbdə baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Tobelo rayonundan 58 kilometr qərbdə yerləşib. Qurumun bildirdiyinə əsasən, yeraltı təkanların ocağı 120,9 kilometr dərinlikdə qeydə alınıb. Hazırda zəlzələ nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.
Yaponiyanın cənub-qərbində yerləşən Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələnin ocağı okean dibinin çox dayaz qatında yerləşib. Hazırda yeraltı təkanların dəqiq dərinliyi müəyyənləşdirilməyib. Yaponiyanın Milli Meteorologiya İdarəsi, eyni zamanda ölkənin seysmoloji xidməti funksiyasını yerinə yetirən qurum olaraq, zəlzələdən sonra sunami təhlükəsinin olmadığını açıqlayıb.