#turizm

2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.

2025 -ci ilin avqustunda Qazaxıstandan Türkiyəyə 111 min 348 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 19,55 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,60 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Qazaxıstandan Türkiyəyə 573 min 931 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,06 faiz azdır.

2025 -ci ilin avqustunda Azərbaycandan Türkiyəyə 122 min 321 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 2,04 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,76 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 638 min 707 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,80 faiz azdır. 2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,99 faiz təşkil edib.

Əgər yolunuz Səudiyyə Ərəbistanına düşərsə, mütləq görməli yerlərdən biri də Al-Ula vilayətinin şimalında yerləşən “Gəlin Qayası”dır. Yerli əhali tərəfindən bu adla tanınan qaya parçası minilliklər boyu küləklərin və təbiətin gücü ilə formalaşıb və indi əsl möcüzə kimi ziyarətçiləri heyran qoyur.

Türkiyə bu ilin ilk 6 ayında turizmdə bütün dövrlərin ən yüksək 6 aylıq gəlir göstəricisinə nail olunub.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Dünya Turizm Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Ərdoğan paylaşımında bir çox sahələri dəstəkləyən, zəncirvari əlavə dəyər yaradan və yüksək məşğulluq təmin edən "bacasız sənaye" – turizm sektorunun Dünya Turizm Gününü təbrik edib.

Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni vizə sisteminin tətbiq edildiyini açıqlayıb. Nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli vizə proseduruna başlanılıb. Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.

2025 -ci ilin iyulunda Türkmənistandan Türkiyəyə 19 min 455 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,23 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Türkiyəyə 106 min 526 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,38 faiz təşkil edib.

Antalya, ilin 8 ayı ərzində hava yolu ilə gələn 11 milyon 702 min 733 xarici turisti qəbul edib. Antalya avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37 min 953 nəfər artımla 2 milyon 711 min 395 turisti qarşılayıb. Bu dövrdə şəhərə ən çox turist göndərən ölkələr sırasında Rusiya birinci, Almaniya ikinci, Böyük Britaniya isə üçüncü yerdə qərarlaşıb. İngiltərənin ardından Polşa, Rumıniya, Qazaxıstan, Ukrayna, Hollandiya, Çexiya və Slovakiya gəlir.

2025 -ci ilin iyulunda Özbəkistandan Türkiyəyə 78 min 778 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 17,86 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,13 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Özbəkistandan Türkiyəyə 366 min 789 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,31 faiz çoxdur.

2025 -ci ilin iyulunda Qırğızıstandan Türkiyəyə 16 min 106 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,53 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,23 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Qırğızıstandan Türkiyəyə 114 min 946 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.