#Reys

Azərbaycan Hava Yolları bəzi Bakı–Naxçıvan reyslərinin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb. Şirkətin məlumatına görə, uçuşlar hava şəraiti normallaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq. Sərnişinlər bütün dəyişikliklər barədə əvvəlcədən məlumatlandırılacaqlar. Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədə yaranan meteoroloji şəraitin uçuşlara təsirini artırır. Güclü külək, ildırım aktivliyi və digər təhlükəli hava hadisələri təyyarələrin eniş və qalxma mərhələlərində əlavə risk yaradır. Aviasiyada qərarlar yalnız hava limanındakı hava şəraitinə əsasən qəbul edilmir. Marşrut boyunca və təyinat məntəqəsində gözlənilən meteoroloji vəziyyət də nəzərə alınır. Buna görə də uçuş təhlükəsizliyi ilə bağlı bütün qərarlar beynəlxalq standartlara uyğun şəkildə verilir.

AZAL Naxçıvan reyslərini hava şəraiti səbəbilə ləğv edib. Naxçıvan aeroportunda ildırımlı hava müşahidə olunub. Bakı–Naxçıvan istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlərə əlavə məlumat veriləcəyi bildirilib. Hava yaxşılaşdıqdan sonra uçuşlar bərpa olunacaq. Qərar təhlükəsizlik məqsədilə qəbul edilib. Beynəlxalq aviasiya standartlarına əməl olunduğu qeyd olunub. Uçuşların normal rejimə qayıtması gözlənilir.

BƏƏ-nin aviaşirkəti Emirates regional gərginliklərə baxmayaraq uçuş tutumunu azaltmayacağını açıqlayıb. Şirkət sərnişinləri müxtəlif istiqamətlərə daşımağa davam edir, əlavə yanacaq təmin edir və Almaniyada genişlənmə imkanlarını araşdırır. Tim Klark bildirib ki, geri çəkmək və reysləri azaltmaq planı yoxdur və əlavə xərclər şirkəti narahat etmir.