Hizbullah Livanın torpağını və xalqını İsrail hücumlarına qarşı qoruyacağını bəyan edib. Təşkilat İsrailin atəşkəsi pozduğunu iddia edir. Döyüşçülər torpağı və insanları müdafiə edəcək. Benyamin Netanyahu İsrail ordusunun Livanda lazım olduğu müddətcə qalacağını açıqlayıb. O, Hizbullahın hücumlarına cavab verəcəyini vəd edib. ABŞ-İran MoU hücumların dayandırılmasını nəzərdə tutsa da, İsrail ordusu hücumlara davam edir. Cənubi Livan hədəf bölgə kimi saxlanılır. Atəşkəs pozuntuları gərginliyi artırır.
#Döyüşçülər
Son illərdə qarışıq döyüş sənətləri (MMA) dünyasında bir bölgənin adı digərlərindən daha çox hallanır – Dağıstan. Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən bu respublikası əhalisinin sayına görə böyük olmasa da, yetişdirdiyi döyüşçülərin sayı və qazandığı uğurlar baxımından dünya idman tarixində xüsusi yer tutmağa başlayıb. Bu gün UFC, Bellator, PFL və digər nüfuzlu təşkilatlarda çıxış edən onlarla dağıstanlı idmançı MMA-nın ən güclü nümayəndələri hesab olunur.