Türkiyə milli futbol komandası dünya çempionatının qrup mərhələsinin üçüncü turunda ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə Türkiyə yığması rəqibini 3:2 hesabı ilə məğlub edərək qrup mərhələsini 3 xalla başa vurub. Qarşılaşma yalnız meydandakı mübarizə ilə deyil, tribunadakı tanınmış qonaqları ilə də diqqət çəkib. Oyunu izləyənlər arasında siyasət, idman və kino dünyasının məşhur simaları yer alıblar.
#Türkiyə milli futbol komandası
Türkiyə milli futbol komandasının 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlmək şansı rəsmən itirilib. Türkiyə millisi ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci qarşılaşmada isə Paraqvaya qarşı oyunun böyük hissəsini say üstünlüyündə keçirməsinə baxmayaraq, 0:1 hesabı ilə uduzub.
Türkiyə milli futbol komandası 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün ABŞ-a yola düşüb. Komanda İstanbuldan xüsusi reyslə turnirin keçiriləcəyi Şimali Amerikaya yollanarkən, millinin heyəti və futbolçuların transfer dəyərləri də diqqət mərkəzinə gəlib.