İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin "qəddar sanksiyaların" öhdəsindən gəlmək üçün strateji plan hazırlamasının vacibliyini bildirib. Hazırda İraqda səfərdə olan Qalibaf, hərbi münaqişə fonunda Bağdadı Tehranla əməkdaşlığı genişləndirməyə çağırıb.
#Skott Bessentin İran açıqlamaları
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ rəsmilərinin Oman Sultanlığına qarşı səsləndirdiyi təhdid xarakterli bəyanatları kəskin şəkildə pisləyib. Bəqai bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Omanı sanksiyalarla hədələməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən sərt açıqlamalar “müstəqil BMT üzv dövlətinə qarşı təzyiq və şantaj cəhdi” kimi qiymətləndirilməlidir.
ABŞ Xəzinədarlıq naziri Skott Bessent bildirib ki, Hörmüz boğazı tam açılmadan və İran yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razılaşmadan Vaşinqton sanksiyaların yumşaldılmasını müzakirə etməyəcək. Ekspertlər hesab edirlər ki, ABŞ bu mövqe ilə həm enerji təhlükəsizliyi, həm də İranın nüvə proqramı məsələsində təzyiq imkanlarını qorumağa çalışır.