#silahlı insident

Hizbullah İsrail qüvvələrinin Livanın cənubunda mülki şəxslərə atəş açdığını bildirib. İki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı qeyd olunub. Təşkilat bunu atəşkəsin pozulması kimi qiymətləndirib. Hadisə Nəbatiyyə bölgəsində baş verib.

Məlumata əsasən, Kahramanmaraş valisi Mükerrem Ünlüer məktəbdə hələlik səbəbi bilinməyən silahlı hücum baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananların olduğu barədə ilkin məlumat daxil olub. Qeyd olunub ki, hüquq-mühafizə orqanları insidentin bütün təfərrüatlarını araşdırır.

İranın Sistan-Belucistan vilayətində kimliyi məlum olmayan şəxslərin mühafizəçilərə atəş açması nəticəsində 3 nəfər həyatını itirib. Hadisə Zahedan şəhərinin Lar bölgəsində, İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qərargahı üzvləri xidmət zamanı baş verib. Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Hələlik hücum edənlərin kimliyi və sayı açıqlanmayıb. İran rəsmiləri hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər və istintaq davam edir.

Hadisə Tartus əyalətində baş verib. Daxili təhlükəsizlik patrulu yol kənarında dayanmış şübhəli avtomobili yoxlamaq üçün yaxınlaşarkən atəşə tutulub. Məlumata görə, hücum zamanı iki əməkdaş ölüb, avtomobildə olan naməlum silahlılar isə ərazidən qaçıb. Hücum edənlərin kimliyi və yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.