ABŞ Xəzinədarlıq katibi Skott Bessent bildirib ki, ölkə Rusiyaya məxsus dəniz nefti üçün verilən 30 günlük ümumi lisenziyanı uzadıb. Güzəşt fiziki xam neft bazarının sabitləşdirilməsinə və enerji baxımından həssas ölkələrə neft çatdırılmasına yardım məqsədi daşıyır.
#enerji bazarı
ABŞ-də İran münaqişəsi fonunda artan yanacaq qiymətləri və ictimai narazılıq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Sorğular müharibəyə dəstəyin məhdud səviyyədə qaldığını göstərir.
İran rəsmisi Hörmüz boğazında yeni idarəetmə mexanizminin hazırlanaraq yaxın zamanda elan ediləcəyini bildirib. Rəsmi açıqlamaya görə, müəyyən xidmətlərə görə ödənişlərin tətbiqi də nəzərdə tutulur.
Üç günlük güclü artımdan sonra bu gün, çərşənbə günü neft qiymətlərində geriləmə müşahidə olunub. Eyni zamanda, investorların ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin arasında Pekində keçiriləcək mühüm zirvə görüşünü gözləməsi fonunda qızıl qiymətləri sabit qalıb. VOA xəbər verir ki, Bbazardakı bu dinamika həm də İrandakı müharibə və Hörmüz boğazının bağlanması ilə bağlı davam edən gərginliklər fonunda baş verir.
Pentaqon rəsmisinin açıqlamasına görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar indiyədək 29 milyard dollara başa gəlib. Məbləğə hərbi texnikanın yenilənməsi, təmir işləri və əməliyyat xərcləri daxildir.
ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.