#Sülh Təşəbbüsü

Birləşmiş Ərəb Əmirlikləri və Küveyt İran-ABŞ razılaşmasını alqışlayıb. Əmirliklər razılaşmanın bütün müddəalarına əməl olunmasının vacibliyini vurğulayıb. Rəsmi Əbu-Dabi diplomatik təşəbbüsləri müsbət qiymətləndirib. Küveyt isə münaqişələrin sülh yolu ilə həllinə dəstəyini bir daha ifadə edib. Bu ölkə bütün tərəfləri növbəti danışıqlarda konstruktiv mövqe sərgiləməyə çağırıb. Hər iki dövlət bölgədə sabitliyin qorunmasının vacibliyini qeyd edib. Onlar dialoqun və qarşılıqlı anlaşmanın əsas yol olduğunu bildiriblər. Körfəz ölkələri diplomatik həll yollarının regional təhlükəsizliyə töhfə verəcəyinə ümid edirlər.

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyaya səfəri zamanı Moskvanın Tehran üçün sarsılmaz müttəfiq olaraq qalacağını və İran xalqının müharibə şəraitində göstərdiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib. Putin görüş zamanı Moskvanın Tehran üçün sarsılmaz müttəfiq olaraq qalacağını deyib və müharibə şəraitində İran xalqının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib.

İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik təşəbbüsünü dəstəklədiyini açıqlayıb. İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bildirib ki, Pekinin planı Fars körfəzi regionunda davamlı təhlükəsizlik və ortaq inkişaf məqsədi daşıyır. Məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüşdə də müzakirə olunub. Çin son dövrlərdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır.