#PUA hücumu

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu və bu dronların Pakistan ərazisindən keçərək daxil olduğunu bildirib. Mücahid “Tolo News” telekanalına açıqlamasında deyib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan tərəfi Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib, eyni şəkildə Kabil də Pakistan ərazisinin və hava məkanının Əfqanıstana qarşı istifadəsinə etirazını bildirib.

Çərşənbə günü Sudan paytaxtı Xartum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. “AFP” agentliyinə danışan hərbi mənbə və yerli şahidlər şəhərdə bir neçə partlayışın baş verdiyini təsdiqləyiblər. Hərbi mənbənin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri hücuma cəhd edən PUA-ların əksəriyyətini məhv edib:

Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün əsas görmür. Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlama verib. “Diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və düşmənlərlə saxlanılır. Buna görə də hələlik diplomatik münasibətləri kəsmək üçün səbəb görmürəm” – deyə, o bildirib.

ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində Polşanın hava məkanına daxil olmuş pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərdə heç kimi müdafiə etmək niyyətində olmadığını bildirib. O, bu barədə “Fox News”-a açıqlamasında danışıb. “Mən heç kimi müdafiə etməyəcəyəm. Onlar (PUA-lar – red.) vurulub, amma ümumiyyətlə Polşaya yaxınlaşmamalı idilər” - deyə, Tramp qeyd edib.

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib

İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.

Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır. Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.

İsrail ordusu bu gün Yəməndən buraxılan pilotsuz uçuş aparatını (PUA) ölkənin hava məkanına daxil olmadan məhv edib. “Yəmən ərazisindən buraxılan PUA İsrail sərhədlərinə daxil olmadan zərərsizləşdirilib. Tətbiq edilən siyasətə uyğun olaraq heç bir siqnalizasiya işə salınmayıb” - deyə, ordunun bəyanatda qeyd olunub. Bundan əvvəl İsrailin rəsmi yayım qurumu Yəməndən İsrail istiqamətində buraxılan dronun izlənildiyini və ordunun onu məhv etməyə hazırlaşdığını bildirmişdi.

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.

Görüntülərə görə, ilk hücum yerli vaxtla saat 10:08-də xəstəxananın xarici pilləkənlərinə dəyib və Reuters fotojurnalisti Hussam əl-Masri həlak olub. Saat 10:17-də baş verən ikinci və üçüncü hücumlar eyni pilləkənləri hədəf alaraq ən çox ölümə səbəb olub. Armament Research Services (ARES) eksperti N. R. Jenzen-Jones, mərmilərin İsrailin M339 tank sursatlarına uyğun olduğunu, zərərin isə iki tankın eyni vaxtda atəş açdığını göstərdiyini bildirib. Planet Labs-ın peyk görüntüləri xəstəxanadan 2 km şimal-şərqdə İsrail hərbi bazasında tankların olduğunu təsdiqləyib.