Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusu Livanın cənubuna PUA hücumu həyata keçirib

    8 Noyabr 2025 11:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu Livanın cənubuna PUA hücumu həyata keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusu Livanın cənubundakı Nəbətiyyə vilayətində bir avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.

    AzerVoice xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Nəbətiyyəyə tabe olan Bint Cubeyl rayonunda bir avtomobil İsrailə məxsus PUA tərəfindən vurulub.

    Hücum nəticəsində yaralıların olduğu və təcili tibbi yardım qruplarının hadisə yerinə cəlb edildiyi bildirilib.

    Livan rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.

    İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail bu razılaşmanı tez-tez pozur.

    Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlamış, 2024-cü ilin sentyabrında bu hücum genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibə zamanı 4 mindən çox insan həlak olmuş, təxminən 17 min nəfər yaralanmışdı.

    2024-cü ilin noyabrında Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu müddətdə atəşkəsi 4 min 500-dən çox dəfə pozduğu, nəticədə yüzlərlə dinc sakinin öldüyü və yaralandığı bildirilmişdi.

    İsrail hələ də Livanda ələ keçirdiyi 5 təpəni işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi ərazilərdə varlığını davam etdirir.

    #Livan #PUA #PUA hücumu #Livan xəbərləri #Livan hava limanı böhranı #Livan ordusu #İsrail və Livan münaqişəsi #İraq və Livan siyasəti #Livanın cənubu #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #İsrail Livan münasibətləri #Livan-İsrail münasibətləri #Pilotsuz uçuş aparatı (PUA) #İsrail PUA hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16
    XƏBƏR LENTİ

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.