#Məhəmməd Xeyr Ramazan

İnsan İslam irsi haqqında düşünəndə və əsrlər boyu müxtəlif elm və bilik sahələrində yazılmış o geniş miqyaslı əsərləri görəndə, ağlına tez-tez bu sual gəlir. Bu, öz zənginliyi və müxtəlifliyi ilə heyrətamiz bir mənzərədir: təfsir və hədisdə, fiqh və onun üsullarında, dil və ədəbiyyatda, tarix, təbabət və astronomiyada sayısız-hesabsız kitablar, həmçinin Bağdad və Dəməşqdən, Bakıdan,Bərdədən, Kordova və Qayravandan, Nişapur və Səmərqənddən hər tərəfdən axan adlar... Sanki bu sivilizasiya öz yaddaşını tamamilə mətnlərə əmanət etmişdir.