Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Redaktorun Seçimi
    Redaktorun Seçimi

    Niyə "Yad adamlardan uzaq dur" qaydası artıq uşaqları qorumaq üçün kifayət etmir?

    16 İyul 2026 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Niyə "Yad adamlardan uzaq dur" qaydası artıq uşaqları qorumaq üçün kifayət etmir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Uzun illər ərzində valideynlər tərəfindən uşaqlara öyrədilən "Yad adamlardan uzaq dur" prinsipi təhlükələrdən qorunmanın əsas üsullarından biri hesab olunurdu. Lakin mütəxəssislər bildirirlər ki, cəmiyyətin və texnologiyanın sürətlə dəyişdiyi müasir dövrdə bu yanaşma artıq uşaqların təhlükəsizliyini təmin etmək üçün kifayət etmir və bəzi hallarda əks nəticə verə bilər.

    Uşaq təhlükəsizliyi üzrə mütəxəssislər və beynəlxalq təşkilatlar hesab edirlər ki, uşaqlara yalnız yad insanlardan qorunmağı öyrətmək əvəzinə, təhlükəli davranışları tanımaq bacarığı aşılanmalıdır.

    Statistik məlumatlar da bunu təsdiqləyir. ABŞ-ın İtkin Düşmüş və İstismar Olunan Uşaqlar üzrə Milli Mərkəzinin (NCMEC) məlumatına görə, uşaqlara qarşı zorakılıq və istismar hallarının böyük əksəriyyəti onların tanıdığı və etibar etdiyi şəxslər – qohumlar, qonşular, müəllimlər və ya idman məşqçiləri tərəfindən törədilir.

    BMT-nin Uşaq Fondunun (UNICEF) araşdırmaları göstərir ki, ailələrin maarifləndirmə prosesində yalnız "yad insan" anlayışına diqqət yetirməsi uşaqları yaxın çevrələrində baş verə biləcək təhlükəli davranışları tanımaq imkanından məhrum edir.

    Mütəxəssislərin fikrincə, rəqəmsal texnologiyaların inkişafı da riskləri dəyişdirib. Artıq təhlükə yalnız küçədə və ya ictimai yerlərdə deyil, internet vasitəsilə uşağın yaşadığı mühitə daxil ola bilir.

    Uşaq təhlükəsizliyi üzrə fəaliyyət göstərən Internet Keep Safe Coalition təşkilatının ekspertləri bildirirlər ki, cinayətkarlar sosial şəbəkələr və onlayn oyun platformaları vasitəsilə uşaqlarla uzunmüddətli əlaqə quraraq onların etibarını qazanmağa çalışırlar. Bu proses "onlayn ələalma" (Online Grooming) adlanır.

    Bu üsulla əvvəlcə yad olan şəxs zaman keçdikcə uşağın gözündə yaxın dosta çevrilir və beləliklə, "yad adam təhlükəlidir" prinsipi praktik olaraq öz təsirini itirir.

    Mütəxəssislər bildirirlər ki, "yad adamlardan qorx" yanaşmasının başqa bir mənfi tərəfi də fövqəladə vəziyyətlərdə ortaya çıxır. Məsələn, uşaq izdihamlı yerdə valideynini itirdikdə tanımadığı insanlardan kömək istəməkdən çəkinə və təhlükəli vəziyyətdə qala bilər.

    Bu səbəbdən Böyük Britaniyanın Uşaqlara Qarşı Zorakılığın Qarşısının Alınması üzrə Milli Cəmiyyəti (NSPCC) uşaqlara "təhlükəsiz yad insanlar" anlayışının öyrədilməsini tövsiyə edir. Bunlara polis əməkdaşları, təhlükəsizlik işçiləri, mağaza əməkdaşları və yanında uşağı olan analar daxildir.

    Müasir pedaqoji yanaşmalar insanları "tanış" və "yad" kimi deyil, davranışlarına görə qiymətləndirməyi daha düzgün hesab edir.

    ABŞ-da uşaq təhlükəsizliyi üzrə mütəxəssis Patti Fitzcerald tərəfindən hazırlanan "Safely Ever After" proqramında "yad adam" anlayışı "hiyləgər insanlar" (Tricky People) anlayışı ilə əvəz edilir.

    Bu yanaşmanın əsas prinsiplərindən biri uşağın onu narahat edən, qorxudan və ya çaşdıran heç bir hadisəni valideynindən gizlətməməsidir. Mütəxəssislər bildirirlər ki, hər hansı şəxsin uşaqdan müəyyən hadisəni və ya toxunuşu sirr saxlamağı tələb etməsi təhlükənin ilk əlamətlərindən biridir.

    Digər mühüm qayda isə böyüklərin uşaqlardan kömək istəməməsidir. Ekspertlər qeyd edirlər ki, hər hansı yetkin şəxsin itmiş heyvanı axtarmaq, əşya daşımaq və ya yol göstərmək bəhanəsi ilə uşağı təkbaşına köməyə çağırması şübhəli davranış hesab olunmalı, uşaq belə hallarda dərhal uzaqlaşaraq etibar etdiyi böyüyə məlumat verməlidir.

    Avropa Şurasının uşaqların müdafiəsi ilə bağlı tövsiyələrinə görə, uşaqlara öz bədənləri üzərində qərar vermək hüququnun olduğu, onları narahat edən hər hansı fiziki təmasa, hətta bunu yaxın qohum etsə belə, "yox" deməyin normal olduğu öyrədilməlidir. Eyni zamanda, uşaqlara təhlükəsiz və təhlükəli toxunuş arasındakı fərq izah edilməlidir.

    Mütəxəssislərin fikrincə, müasir dövrdə valideynlərin rolu yalnız qadağalar qoymaq deyil, uşaqlarla açıq ünsiyyət qurmaq, onları dinləmək və müxtəlif vəziyyətlərdə düzgün qərar verməyi öyrətməkdən ibarət olmalıdır. Bu yanaşma həm real həyatda, həm də rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsində daha effektiv hesab olunur.

    #uşaqlarla ünsiyyət #internet təhlükəsizliyi #uşaq təhlükəsizliyi #yad adamdan qorunma #təhlükəli davranış #onlayn grooming #təhlükəsiz yad insanlar #fiziki toxunuş #təhsil və maarifləndirmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    30 Avqust 2026 16:00

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    30 Avqust 2026 15:00

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    30 Avqust 2026 14:00

    Ən uzunömürlü qadın Ethel Ketrhamdan həyatla bağlı tövsiyyələr

    23 Avqust 2026 18:00

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    22 Avqust 2026 06:00

    Səudiyyə islahatı və Tunis modeli-Ərəb feminizminin iki fərqli qütbü

    18 Avqust 2026 10:25

    “Beyin çürüməsi” mifdir? Alimlər sosial medianın təsirləri ilə bağlı həqiqəti açıqlayıb

    11 Avqust 2026 06:00

    Sirlərini özləri ilə məzara apardılar: Dünyanı heyrətə salan 10 müəmmalı ölüm hadisəsi

    2 Avqust 2026 23:00

    Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə ediblər

    30 İyul 2026 21:38

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    30 İyul 2026 14:06

    "Google" zərərli proqramlarda istifadə olunan "NetNut" şəbəkəsinə qarşı əməliyyat keçirib

    2 İyul 2026 22:52

    Maliyyə böhranı uşaqlara necə izah edilməlidir? - Psixoloqlardan vacib tövsiyələr

    25 May 2026 09:00
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.