#Mançester Yunayted akademiyası

Mançester Yunayted akademiyasının yetirməsi Kobbi Mainu klubla yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, yarımmüdafiəçi 2031-ci ilin iyun ayına qədər komandada qalacaq. Məlumata görə, 21 yaşlı futbolçu klubda qalmaq qərarı verərək transfer ehtimallarını rədd edib. O, artıq əsas heyətin vacib üzvlərindən biri hesab olunur və son mövsümlərdə sabit çıxışı ilə diqqət çəkib.