#İstanbulda hafiz tələbələr üçün tədbir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hafizlik təhsilini başa vuran tələbələr üçün təşkil edilən mərasimdə iştirak edib. Mərasim Çamlıca Camii məscidində keçirilib. Tədbirdə Milli Təhsil İdarəsinə bağlı imam-hatib məktəbləri və müftiliyə bağlı Quran kurslarında təhsil alan 333 tələbəyə hafizlik icazəsi verilib.