İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran və Bağdad iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni və mühüm addımlar atacaq. Qalibaf İraqa üçgünlük səfəri çərçivəsində Bağdada gəlib. O, İraqı region üçün mühüm ölkə adlandıraraq İran-İraq münasibətlərinin bölgədə baş verən proseslər baxımından əsas və strateji əhəmiyyət daşıdığını vurğulayıb.
#ABŞ İran müharibəsi
ABŞ-də evangelist dini dairələrlə siyasi hakimiyyət arasında formalaşan yeni münasibət modeli Yaxın Şərqdəki müharibə proseslərinə təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə 2026-cı ildə İran ətrafında baş verən hadisələr Vaşinqtonda dini-messiançı yanaşmanın xarici siyasət qərarlarında daha açıq şəkildə hiss olunmağa başladığını göstərir.
ABŞ ilə İran arasında davam edən müharibə qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olaraq Vaşinqtonun beynəlxalq nüfuzunun zəifləməsi və müttəfiqlər sistemində çatların yaranması ilə nəticələnir.