#İsrail ordusu

İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib. Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil. “Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib. Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır. “Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.

İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb. Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib. “Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.

İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon Arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib. O bildirib ki, əməliyyatın məqsədi müharibənin hədəflərinə çatmaq üçün döyüşlərin intensivləşdirilməsi və hərbi manevrlərin dərinləşdirilməsidir. “Əsirlərin geri qaytarılması həm mənəvi, həm də milli vəzifədir. Biz HƏMAS-ın əsas dayaq nöqtələrinə zərbələr endirməyə davam edəcəyik və onun hər yerdə sıxışdırıldığını hiss etməsinə səbəb olacağıq” – deyə, Zamir vurğulayıb.

İsrail ordusunun səhər saatlarından bəri Qəzza Zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlardan 13 Fələstinli, o cümlədən bir hamilə qadın və onun körpəsi həlak olub. AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza Zolağının şimalındakı Qəzza şəhərinin yanında, həmçinin şimal və cənub bölgələrində evləri, çadırləri və dinc sakinlərin toplandığı yerləri hədəf alıb. İsrail ordusu Qəzza şəhərinin qərbindəki Sayadin limanı ətrafındakı bir mənzili vurub. Həmin hücumda bir hamilə qadın və onun bətnindəki körpəsi də daxil olmaqla 5 Fələstinli həyatını itirib. Qəzza şəhərinin mərkəzində yerləşən Derec məhəlləsində, Fevahir küçəsi yaxınlığındakı bir evə helikopterlə edilən hücumda 3 Fələstinli ölüb.

İsrail ordusu bu gün işğal olunmuş İordan çayının qərb sahilinin şimalında yerləşən Kufr Qilil kəndinə hücum edərək 10-dan çox fələstinlini saxlayıb, 150-dən artıq evə basqın həyata keçirib. İndiyədək 10-dan çox sakin saxlanılıb, 150-dən artıq ev axtarılıb və kənd qəbiristanlığı dağıdılıb. Ordu ağır texnika ilə kəndə daxil olub və bir sakinə hücum edərək ona bədən xəsarətləri yetirib. Yaralı şəxs səhər saatlarında xəstəxanaya yerləşdirilib.

İsrail ordusu bu gün Yəməndən buraxılan pilotsuz uçuş aparatını (PUA) ölkənin hava məkanına daxil olmadan məhv edib. “Yəmən ərazisindən buraxılan PUA İsrail sərhədlərinə daxil olmadan zərərsizləşdirilib. Tətbiq edilən siyasətə uyğun olaraq heç bir siqnalizasiya işə salınmayıb” - deyə, ordunun bəyanatda qeyd olunub. Bundan əvvəl İsrailin rəsmi yayım qurumu Yəməndən İsrail istiqamətində buraxılan dronun izlənildiyini və ordunun onu məhv etməyə hazırlaşdığını bildirmişdi.

İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qolunun rəsmi nümayəndəsi Əbu Ubeydəni öldürüb. Məlumatı İsrailin müdafiə naziri İsrael Kats təsdiqləyib. “HƏMAS-ın sözçüsü Əbu Ubeydə Qəzzada məhv edildi. O, artıq İran, Qəzza, Livan və Yəməndən olan ‘şər oxu’nun digər aradan qaldırılmış üzvləri ilə cəhənnəmdə ‘görüşməyə’ göndərildi” - deyə, o "X" sosial şəbəkəsində yazıb. Nazir İsrail ordusunun əməliyyatlarını yüksək qiymətləndirərək, HƏMAS liderlərinin zərərsizləşdirilməsinin davam edəcəyini bildirib: “Qəzzadakı kampaniya intensivləşdikcə, onun (Əbu Ubeydənin – red.) cinayətkar tərəfdaşları da tezliklə ona qoşulacaqlar.”

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün səhər saatlarında Livanın cənubunda Hizbullaha məxsus hərbi obyektlərə azı səkkiz hava zərbəsi endirib. Bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

İsrail ordusu gecə yarısından sonra Suriyanın cənubundakı Quneytra əyalətində bir kəndə hücum edib. AzerVoice xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası olan əl-İxbariyyədə məlumat verilib. Xəbərdə “Gecə yarısından sonra İsrail ordusu kənddə iki evdə axtarış edib” ifadəsi işlədilib.