Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.
#VOA.AZ
İrana məxsus neft tankeri Ərəb dənizi üzərindən keçərək ölkənin ərazi sularına daxil olub. İran ordusunun açıqlamasına görə, bu keçid bölgədə tətbiq edilən dəniz mühasirəsinə baxmayaraq həyata keçirilib.
İranın "Təsnim" xəbər agentliyinin verdiyi məlumata görə, sabah — çərşənbə günündən etibarən ölkədə daxili aviareyslərin fəaliyyəti yenidən bərpa ediləcək. İran Hava Yollarından (Iran Air) verilən rəsmi açıqlamada bildirilib ki, tam 50 günlük fasilədən sonra ilk daxili uçuş sabah çərşənbə günü Tehran-Məşhəd marşrutu üzrə həyata keçiriləcək
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.