#Burj Al Arab

Dubayın simvolu hesab olunan “Burj Al Arab” oteli 1999-cu ildən bəri ilk dəfə olaraq kompleks yenilənmə işləri ilə əlaqədar 18 ay müddətinə fəaliyyətini məhdudlaşdıracaq. Məlumata əsasən, otelin sahibi “Jumeirah” qrupu yenidənqurma işlərinin mərhələli şəkildə həyata keçiriləcəyini və layihənin fransalı interyer dizayner Tristan Auer tərəfindən idarə olunacağını açıqlayıb.