#İrana qarşı ABŞ-İsrail müharibəsinin qlobal enerji təhlükəsizliyinə təsirləri 2026

ABŞ-İsrailin İrana qarşı müharibəsi sürətlə regional sərhədləri aşaraq, təkcə Yaxın Şərqdə məhdudlaşan hərbi qarşıdurma olmaqdan çıxıb, daha geniş geosiyasi ölçülərə malik hadisəyə çevrilib. Bu müharibə dövlətlərin riskləri necə dərk etdiyini, böhranlara reaksiyalarını və beynəlxalq sistemdə mövqelərini yenidən formalaşdırır.