#sanksiyalar

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.