#UFC

Makqreqor UFC tarixində eyni anda iki çəki dərəcəsində çempion kəmərini qazanan ilk idmançı olub. O, əvvəlcə yarım yüngül çəkidə Çad Mendes üzərində qələbə qazanaraq ilk titulunu əldə edib. Daha sonra isə yüngül çəkidə Eddi Alvaresi nokauta salaraq ikinci kəmərə sahib çıxıb.

MMA dünyasının ulduzu, sabiq UFC ağır çəkidə çempionu Con Cons yenidən oktaqona qayıda biləcəyini açıqlayıb. UFC prezidenti Dana Vayt isə Consun qayıdışına skeptik yanaşdığını bildirib. UFC 319 turniri ərəfəsində mətbuat konfransında Vayt, Consa etibar etmədiyini və belə bir ciddi turnirdə ona önəmli yer verməyəcəyini vurğulayıb.

Azərbaycanda ilk dəfə keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları – tanınmış döyüşçülər Həbib Nurməhəmmədov, İslam Maxaçov, Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov “Qarabağ” futbol klubunun bazasını ziyarət ediblər.