Ukrayna Prezidenti Volodimir Zelenski, ölkəsi ilə Rusiya arasındakı sərhəddə tampon bölgə yaradılması təkliflərini müasir müharibənin gerçəkliklərinə uyğun olmadığı üçün rədd edib. Zelenski, Ukrayna-Rusiya sərhədində tampon bölgə yaradılması təkliflərinə qarşı çıxıb.
#Rusiya sülhməramlıları
Rusiya, Ukrayna ilə davam edən müharibədə diplomatik həll yollarına üstünlük verdiyini bəyan etsə də, hava məkanında atəşkəslə bağlı heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. AFP-nin yaydığı məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Fransız xəbər agentliyinin sualını cavablandırarkən bildirib ki, “Rusiya Silahlı Qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və hərbi obyektlərə, eləcə də onlara yaxın infrastruktura hücumları davam etdirirlər.” Peskov eyni zamanda qeyd edib ki, Rusiya siyasi və diplomatik yollarla məqsədlərinə çatmaq üçün danışıqlar prosesində iştirakda maraqlıdır.
İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski İstanbulda əldə olunan razılaşmalar çərçivəsində ümumilikdə 6 min 60 əsgərin cənazəsini Ukraynaya təhvil verdiklərini açıqlayıb.