“Washington Post”un məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Karib dənizi və Sakit okean sularında həyata keçiriləcək əməliyyat çərçivəsində gəmilərin yerləşdirildiyini bildiriblər. Hərbi gəmilər Mərkəzi və Cənubi Amerika ölkələri yaxınlığında fəaliyyət göstərəcək. Məlumata görə, bölgəyə üç esmines (USS Gravely, USS Jason Dunham, USS Sampson), iki desant dok gəmisi, bir amfibiya hücum gəmisi, bir sürətli döyüş gəmisi və bir sahil döyüş gəmisi (LCS) göndərilib. Rəsmilər esmineslərin Venesuela sahillərinə “çox yaxın” olmadığını xüsusi vurğulayıblar. Ekipaj heyətində narkotik əməliyyatlarına cavabdeh zabitlərin də yer aldığı bildirilir.
#hərbi əlaqələr
Paytaxt Karakasda Milli Assambleyada çıxış edən Maduro ABŞ-ın planlarını “cinayətkar və qanunsuz” adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun Venesuelaya qarşı hərəkətləri beynəlxalq hüquqa ziddir və suveren dövlətə qarşı güc tətbiqi qadağasını pozur. Dəstək göstərən ölkələrə təşəkkür edən Maduro bildirib ki, ABŞ-ın Cənubi Amerikada silahlı qarşıdurma yaratmaq cəhdləri qəbulolunmazdır. “Venesuela yenidən qalib gələcək, yenidən sülh, sabitlik və inkişaf əldə edəcək. Allah bizimlədir, çünki Allah cəsurların və ədalətlilərin yanındadır”, – deyə dövlət başçısı vurğulayıb. Maduro həmçinin ABŞ-ın bir çox ölkələrdə hərbi müdaxilə cəhdlərinin uğursuzluqla nəticələndiyini xatırladaraq, eyni ssenarinin Venesuelada da nəticə verməyəcəyini bildirib.
İsveçin Stokholm Universiteti Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və Avropa təhlükəsizlik arxitekturasındakı potensial rolu ilə bağlı yeni hesabat dərc edib. Paul T. Levin və Minna Ålander tərəfindən hazırlanan sənəd “İsveç və Finlandiyanın Türkiyənin Avropa Təhlükəsizliyindəki Roluna dair Qavrayışları” başlığı ilə təqdim olunub. Hesabatda Avropa İttifaqının üzləşdiyi problemlər, Ukrayna müharibəsi fonunda təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və Türkiyənin bu nizamda strateji mövqeyi ətraflı şəkildə təhlil olunub. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın müttəfiq kimi artan etibarsızlığı fonunda Türkiyə Avropada hərbi və təhlükəsizlik əməkdaşlığı üçün etibarlı tərəfdaş qismində önə çıxır.
İran İslam Respublikası Rusiyadan əldə etdiyi S-400 “Triumf” hava hücumundan müdafiə sistemini ilk dəfə əməliyyat şəraitində test edib.
Pentaqon, Abrams tanklarının zirehini Rusiyanın təcrübəsi və inkişaflarından istifadə edərək təkmilləşdirməyi qərara alıb.
Avropa İttifaqı (Aİ) və Kanada, NATO daxilindəki qeyri-müəyyənliklər və ABŞ-ın uzunmüddətli siyasəti ətrafında artan qeyri-sabitlik fonunda daha sıx əməkdaşlıq qurmaq məqsədilə təhlükəsizlik və müdafiə üzrə yeni tərəfdaşlıq razılaşması imzalayıb və rəqəmsal ticarət haqqında danışıqlara start verib.