D-8 enerji nazirləri və OECD baş katibi Sohail Mahmud enerji sahəsində balanslı və dayanıqlı yanaşmanın vacibliyini vurğulayıblar. Karbohidrogenlər və bərpa olunan enerji arasında seçim olmamalıdır; məqsəd davamlı inkişafı dəstəkləyən şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinin yaradılmasıdır. Forumda həmçinin innovasiya, təmiz texnologiyalar, enerji səmərəliliyi və iqlim dayanıqlığı sahələrinə eyni vaxtda investisiya qoyuluşlarının önəmi qeyd edilib.
#Bakı Enerji Forumu
Azərbaycan və Özbəkistan energetika nazirləri Bakıda keçirilən “Bakı Enerji Forumu” çərçivəsində enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə neft və neft-kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib, ticarət əməkdaşlığının genişləndirilməsi imkanları və Üstyurt geoloji kəşfiyyat layihəsi nəzərdən keçirilib. Eyni zamanda “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı fikir mübadiləsi aparılıb.
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.