#atəşkəs

2 martdan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində 2,951 nəfər həlak olub, 8,988 nəfər yaralanıb. ABŞ vasitəçiliyi ilə elan edilən atəşkəsdən sonra da hücumlar davam edib, əlavə 657 nəfər ölüb, 1,444 nəfər yaralanıb və humanitar vəziyyət daha da ağırlaşıb.

Hizbullah İsrail və Livan arasında Vaşinqtonda keçirilən danışıqları tənqid edərək, onları davam edən hərbi əməliyyatlar fonunda “pulsuz güzəştlər” kimi qiymətləndirib.Tərəflər sonuncu dəfə aprelin 23-də Ağ Evdə görüşmüşdülər. Həmin görüşdə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqlamış və iki ölkə arasında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirmişdi.

Livan ilə İsrail arasında keçirilən danışıqların üçüncü raundu bu gün Vaşinqton şəhərində başlayır. Danışıqlar regionda artan gərginlik və davam edən qarşıdurmalar fonunda keçirilir. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrailin son hava hücumları nəticəsində 22 nəfər həyatını itirib. Ölənlər arasında 8 uşağın olduğu bildirilib.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.

Rusiya Qələbə Gününün 81-ci ildönümü ilə əlaqədar 8 maydan 10 maya qədər Ukrayna ilə müharibədə müvəqqəti atəşkəs elan edib. Moskva qərarın Vladimir Putinin tapşırığı əsasında qəbul edildiyini açıqlayıb və Kiyevin də eyni addımı atacağına ümid etdiyini bildirib. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi 9 may tədbirlərinə hücum olacağı təqdirdə Kiyevə qarşı genişmiqyaslı cavab zərbələri endiriləcəyi barədə xəbərdarlıq edib.