#avtomobil

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.

Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.

Türkiyə 2025-cü ilin iyul ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq, 27 milyon 308 min 50 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 155 milyon 272 min 15 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq, 427 milyon 380 min 81 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyard 697 milyon 459 min 23 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

Kanada hakimiyyəti ABŞ-dan gətirilən bəzi mallara tətbiq olunan cavab rüsumlarından imtina edir. Bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib. “ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq bu gün bəyan edirəm ki, Kanada hökuməti ABŞ-ın daha əvvəl atdığı addımlara bənzər addım atacaq və müqavilə çərçivəsinə daxil olan bütün Amerika mallarına tətbiq olunan rüsumları ləğv edəcək” – deyə, Karni bildirib.