Yaponiyanın tarixində bir ilk yaşandı. Keçmiş Daxili İşlər naziri Sanae Takaichi, iqtidar partiyası daxilində keçirilən seçkidə qalib gəldi və ölkənin ilk qadın baş naziri seçildi. Yaponiyada Baş nazir Şigeru İşibanın istefası ilə başlayan liderlik yarışı, hakim Liberal Demokrat Partiya (LDP) daxilində keçirilən seçkinin nəticələnməsi ilə başa çatdı. Partiya daxilindəki seçki yarışını qazanan keçmiş Daxili İşlər naziri Sanae Takaichi, ölkə tarixində bir ilkə imza ataraq Yaponiyanın ilk qadın baş naziri seçildi.
#seçkilər
Suriya Xalq Məclisinin Ali Seçki Komitəsi, ölkə üzrə müəyyən olunmuş vilayətlərdə Xalq Məclisi üzvlüyünə namizədlərin siyahısını yayımlayaraq seçki kampaniyasının başladığını elan edib. Xalq Məclisinin Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd, Suriyanın rəsmi xəbər agentliyi SANAya verdiyi açıqlamada bildirib ki, ölkə üzrə 50 seçki dairəsində Xalq Məclisinə üzvlük üçün namizədlik müraciəti prosesi dünən etibarilə başa çatıb.
ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərinə namizəd ola biləcəyini istisna etməyib. O, bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində danışıb. “Nə ‘yox’ deyirəm, nə də ‘bəli’,” – deyə Erik Tramp bildirib. Qəzetin yazdığına görə, o, bu ehtimalı “heç vaxt istisna etmədiyini” vurğulasa da, biznes dünyasının ona daha yaxın olduğunu etiraf edib. Hazırda Erik Tramp kriptovalyuta sahəsində fəaliyyət göstərən "World Liberty Financial" şirkətinə rəhbərlik edir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 5-də verdiyi açıqlamada “böyük ehtimalla” növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirib. ABŞ Konstitusiyasına görə, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Buna baxmayaraq, Donald Tramp bir neçə dəfə bəzi şərtlər daxilində üçüncü dəfə də namizəd ola biləcəyini istisna etmədiyini söyləyib.
Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək. Bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.
Şimali Makedoniyada oktyabrın 19-da bələdiyyə seçkiləri keçiriləcək. Bununla bağlı Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi qərar imzalayıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, böyük ehtimalla növbəti prezident seçkilərində iştirak etməyəcək. Bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə deyib.
Suriyada ötən ilin dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərinin keçirilməsi üçün tarix dəqiqləşməyə başlayıb. Bu barədə Suriya Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd məlumat verib.
ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obamanı 2016-cı il prezident seçkilərinin nəticələrini pozmaq məqsədilə dələduzluq törətməkdə ittiham edib.
ABŞ Dövlət Departamenti xaricdəki diplomatik nümayəndəliklərinə digər ölkələrdə keçirilən seçkilərlə bağlı açıqlamalarla ehtiyatlı davranmaları üçün göstəriş göndərib.
Moldova parlamentinə sentyabrın 28-də keçiriləcək növbəti seçkilərlə bağlı seçki dövrü rəsmi olaraq başlayıb.
ABŞ-da hakim Respublikaçılar Partiyasının üzvləri, İlon Maskın 2026-cı ildə keçiriləcək Konqres seçkilərində onların mövqelərini zəiflədə biləcəyindən narahatdırlar.