Çexiya Müdafiə Nazirliyi Almaniya istehsalı olan 44 ədəd Leopard 2A8 tankının alınması üçün 1,34 milyard avro dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində tanklara Çexiyaya xas bəzi texniki adaptasiyalar ediləcək. Buraya rabitə sistemləri, kamuflyaj, işarələmə, pulemyotlar və sursat kimi əlavə avadanlıqlar daxildir.