Tailand və Kamboca arasında atəşkəs rejimi dekabrın 27-də yerli vaxtla 12:00-da qüvvəyə minəcək. Bu barədə Tailandın müdafiə naziri Natthaphon Nakphanit jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
#Kamboca
Kamboca, Tayland sərhədində bəzi bölgələrə qarşı hücumların sabah saatlarında intensivləşdiyini bildirib. Kamboca Müdafiə Nazirliyi sözçüsü Maly Socheata deyib ki, Tayland ordusu Preah Vihear və Oddar Meanchey əyalətlərindəki tapınak bölgələrinə topçu atəşinə başlayıb. Həmçinin Banteay Meanchey əyalətində də hücumların gücləndiyi, Chouk Chey kəndinə hava zərbələrinin endirildiyi və sivil infrastruktura ciddi zərər dəydiyi bildirilib. Poipet şəhərindəki başqa bir kənd də top atəşinə məruz qalıb.
Kamboca ilə Tayland arasında davam edən sərhəd toqquşmalarında 7 dekabrdan bu yana 96 nəfərin həyatını itirdiyi bildirilib.Kamboca Müdafiə Nazirliyi Tayland ordusunun bu səhər Banteay Meanchey əyalətindəki bir kəndə topçu hücumu həyata keçirdiyini və hücum nəticəsində bir Kambocalı mülki vətəndaşın öldüyünü açıqlayıb. Kamboca Daxili İşlər Nazirliyi isə 7 dekabrdan bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, yerindən olanların sayının isə 610 minə çatdığını bildirib.
Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşündən sonra Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəs rejiminin tətbiq edilməsi ehtimalını istisna etmir. Bu barədə Tailandın Birgə Mətbuat Mərkəzinin Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı, Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu bəyanatda bildirilib.
Sərhəd bölgəsində baş verən toqquşmalar nəticəsində təxminən bir milyon Kamboca və Tailand vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb. Kamboca Daxili İşlər Nazirliyi Tailandla sərhəddəki döyüşlər səbəbindən 518 mindən çox vətəndaşın təhlükəsizlik məqsədilə ərazilərini tərk etdiyini bildirib.
Tailand və Kamboca rəhbərliyi cəbhə xəttində baş verən qanlı toqquşmalardan sonra atəşkəsə razılaşıblar. Bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.
Tayland və Kamboca arasındakı döyüşlər beşinci gününə daxil olub. Kamboca ordusu Taylandın hərbi qüvvələrini atəş açmaqda günahlandırarkən, Taylandın vəzifədə olan Baş Naziri Anutin Çarnvirakul ABŞ prezidenti ilə danışmaq üçün görüş planlaşdırdığını təsdiqləyib. Tayland qüvvələri cümə səhəri saatlarında Kambocanın üç əyalətində yeni hücumlar həyata keçirib. Qəzet yazır ki, Tayland qüvvələri Oddar Meançay əyalətinin Ta Moan, Ta Kra Bei və Thmar Daun bölgələrində atəş açıblar.
Tayland ilə Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən başlayan sərhəd gərginliyi silahlı toqquşmalara səbəb olub. İlkin məlumata görə, Kambocanın 4 mülki vətəndaşı həlak olub, 9 nəfər isə yaralanıb. Kamboca İnformasiya Naziri Neth Pheaktra sərhədyanı kəndlərdən on minlərlə insanın təhlükəsizlik məqsədilə köçürüldüyünü bildirib. Tayland ordusu da açıqlama yayaraq 50 mindən çox sakinin sərhəd ərazilərini tərk edərək sığınacaqlara yerləşdirildiyini bildirib.
Tayland ilə Kamboca sərhədində baş verən atışmada iki Tayland əsgəri yaralanıb. Bu barədə Tayland Quru Qoşunlarının İkinci Hərbi Dairəsi açıqlama yayıb.
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.
Pakistanda güclü musson yağışları səbəbindən son 48 saat ərzində 320-dən çox insan həyatını itirib. Ölkənin şimal bölgələrində şiddətli musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 321-ə yüksəlib.