Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Milli Məclisin sədri Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

    29 Oktyabr 2025 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisin sədri Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.

    Parlamentdən AzerVoice-a verilən məlumata görə, görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

    Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq Parlament Konfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həm də Senatın sədri Hun Senin təbriklərini çatdırıb.

    Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri, Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmasların parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.

    Qeyd olunub ki, parlamentlərimiz arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əlaqələrimizin daha da inkişafı üçün mühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur. Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlif komitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin, beynəlxalq parlament təşkilatlarında, o cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparıl

    #Azərbaycan #Milli Məclis #Sahibə Qafarova #Kamboca #beynəlxalq parlament konfransı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

    17 İyul 2026 17:33

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.