Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

    21 Dekabr 2025 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşündən sonra Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəs rejiminin tətbiq edilməsi ehtimalını istisna etmir.

    AzerVoice-un məlumatına görə, bu barədə Tailandın Birgə Mətbuat Mərkəzinin Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı, Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu bəyanatda bildirilib.

    Bəyanatda qeyd olunur ki, atəşkəs yalnız Tailand ordusunun vəziyyətin qiymətləndirilməsinə əsaslanacağı halda mümkün ola bilər. Vurğulanıb ki, toqquşmaları başladan tərəf Kamboca olduğundan, ilk növbədə o, atəşkəsə hazır olduğunu və bu niyyətində səmimi olduğunu açıq şəkildə nümayiş etdirməlidir. Tailandın əvvəldən həqiqi və davamlı sülh istədiyi bildirilsə də, bunun ölkə vətəndaşlarının təhlükəsizliyi və əmin-amanlığı təmin olunmaqla mümkün ola biləcəyi qeyd edilib.

    Eyni zamanda, Tailand tərəfi ASEAN çərçivəsində keçirilən bu görüşdə sərhəd boyunca gərginliyin azaldılmasına dair yanaşmaların müzakirəsi üçün Kambocadan real səmimiyyət gözlədiyini bəyan edib.

    Malayziyanın Baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə ASEAN xarici işlər nazirlərinin xüsusi görüşü dekabrın 22-də Kuala-Lumpurda keçiriləcək. Tailand mətbuat mərkəzinin məlumatına görə, görüş həm Tailand, həm də Kambocanın mövqelərini dinləmək, eləcə də iki ölkə arasında sərhəd boyunca gərginliyin azaldılması üçün mümkün yanaşmaları müzakirə etmək imkanı yaradacaq.

    #Kuala Lumpur #Tailand #Ənvər İbrahim #Kamboca #ASEAN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün – 8 Avqust

    8 Avqust 2026 00:01

    İran və Misirin XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər

    24 İyul 2026 20:22

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    23 İyul 2026 18:18

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

    17 İyul 2026 17:33

    Vladimir Putin: Yaxın Şərq sabitliyi enerji bazarını gücləndirir

    18 İyun 2026 18:59

    Ceyhun Bayramov tailandlı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb

    20 Aprel 2026 16:09

    Azərbaycan və Tailand arasında münasibətlərin perspektivləri müzakirə olunub

    20 Aprel 2026 09:39

    Tailand və İran Hörmüz boğazından təhlükəsiz keçid barədə razılığa gəlib

    28 Mart 2026 09:39

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

    22 Yanvar 2026 09:51

    Ərdoğan Malaziyanın Baş naziri ilə görüşüb

    8 Yanvar 2026 15:21
    XƏBƏR LENTİ

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.