Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər. Bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.
#SEPAH
İran Prezidenti Məsud Pezeşkian xalqın birliyi və həmrəyliyi davam etdiyi təqdirdə, heç bir xarici gücün onların iradəsini sındıra bilməyəcəyini bəyan edib.
İran, ABŞ və İsrail tərəfindən yeni bir hücum baş verəcəyi təqdirdə, buna tərəddüdsüz və qətiyyətli cavab verəcək və bu cavabın nəticələrini gizlətmək mümkün olmayacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.
ABŞ-a məxsus "Fitzgerald" esminesi İranın hərbi qüvvələrinin xəbərdarlığından sonra Oman körfəzini tərk edib.
Xəbərdarlıqda düşmən kəşfiyyat orqanlarının onlayn rejimdə işə götürmə fəaliyyətləri həyata keçirdiyini bildirib və İran vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.
İran Silahlı Qüvvələri, İsraillə 12 gün davam edən müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə (HHM) sistemlərini qısa müddət ərzində bərpa edərək ölkənin müdafiə qabiliyyətini yenidən təmin edib.
Tehran ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış infrastrukturun bərpası üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrə müraciət etməyib.
İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın vaxtlarda İrana qarşı yenidən hərbi hücum qərarı verə biləcəyini istisna etmir.
İsraillə 12 günlük müharibə zamanı İraınn varlığı və ərazi bütövlüyü görünməmiş bir təhdidə məruz qalıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi düşmənin mümkün yanlış hesablamalarının qətiyyətli cavabla qarşılanacağını bildirib.
İranın “Fars” xəbər agentliyi İsrailin 15 iyun tarixində Tehrana qarşı həyata keçirdiyi hava hücumu zamanı İran Prezidenti Məsud Pezeşkian, parlament sədri və məhkəmə hakimiyyətinin rəhbərinin hədəf alındığını iddia edib.