#Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması ilə bağlı fərman imzalayıb. "20 mart 1992-ci ildə Kiyev şəhərində bağlanmış MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında sazişdən çıxmaq", - deyə sənəddə bildirilib.