#Kənar dairəvi yolda buzlaşma hərəkəti çətinləşdirib

Yasamal rayonunda Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, mövcud şərait yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.