ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin İranın daxilində yerləşən strateji hərbi obyektlərə yüksək dəqiqlikli raket zərbələri endirdiyini elan edib.
#ABŞ və CENTCOM
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.
Suriyanın şərqində – Rakka, Deyr əz-Zor və Həsəkə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, bölgədə silahlı gücdən daha vacib olan faktor sosial legitimlik və yerli dayaqlardır. Suriya Ordusunun YPG/SDG-yə qarşı apardığı əməliyyatların qısa müddətdə nəticə verməsinin əsas səbəbi məhz Ərəb qəbilələrinin açıq şəkildə Dəməşqin yanında yer alması oldu. Bu proses təkcə hərbi əməliyyat kimi deyil, regional siyasi düzənin yenidən formalaşması baxımından oxunmalıdır.