UEFA Avropa Liqasının yeddinci həftəsində Türkiyə təmsilçisi "Fənərbaxça" İngiltərənin "Aston Villa" klubunu doğma meydanda sınağa çəkəcək. Çobani stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20.45-də start götürəcək. Oyunu Portuqaliya Futbol Federasiyasından Luis Qodinyo idarə edəcək. Ona həmyerliləri Rui Teyşeyra və Pedro Almeyda köməklik göstərəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.
#Fənərbaxça maliyyə vəziyyəti
Fənərbaxça İdman Klubu Bankalar Birliyi ilə bağlanmış maliyyə restrukturizasiya razılaşmasından rəsmi olaraq çıxdığını açıqlayıb. Açıqlamada qeyd olunub ki, bu addım klubun maliyyə müstəqilliyinin təmin edilməsi və uzunmüddətli, dayanıqlı gələcək strategiyasının formalaşdırılması baxımından mühüm mərhələ hesab olunur.