CNN-ə müsahibəsində Sanders, Qəzza xalqının İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən aclıq çəkdiyini vurğulayıb. Senator, Senata İsrailə silah satışının dayandırılması üçün təzyiq göstərəcəyini bildirib. Sanders, “İsrailin 7 oktyabr hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Ancaq o vaxtdan bəri etdikləri bütün Fələstin xalqına qarşı müharibəyə çevrildi” - deyib. Qəzzada on minlərlə insanın, o cümlədən uşaqların aclıqdan əziyyət çəkdiyini bildirən senator, Baş nazir Binyamin Netanyahunun həyata keçirdiyi blokadanı da pisləyib
#Bernie Sanders
AzerVoice xəbər verir ki, X sosial media hesabında yayımladığı videomüraciətdə senator Sanders Qəzzada davam edən humanitar böhranla bağlı kəskin açıqlamalar verib.
ABŞ senatoru Bernie Sanders sosial media platforması X hesabında paylaşım edərək, İsrailin Fələstinə qarşı davam edən hücumlarını “barbarcasına” və “əxlaqsız” adlandırıb.