#Quba müəllimlərindən ibarət YURD komandası ilə rəsmi görüş keçirilib

Quba rayonunda intellektual nailiyyətləri ilə respublika səviyyəsində fərqlənən Xəmsə İntellektual Oyunlarının Respublika birincisi olan YURD komandası ilə rəsmi görüş təşkil olunub. Görüş zamanı komanda üzvlərinin intellektual yarışlara hazırlıq prosesi, əldə olunan nəticələr və qələbəyə aparan mərhələlər ətrafında müzakirələr aparılıb. Tədbirdə çıxış edən QHT nümayəndələri YURD komandasının əldə etdiyi uğurların təhsil və intellektual inkişaf sahəsində mühüm nümunə olduğunu qeyd ediblər.